Yerli istehsalın əhəmiyyəti (Yaponiya modeli)

Kapitalizmin hökm sürdüyü 21-ci əsrdə iqtisadiyyatın güc rəmzi istehsal hesab olunur. Dolayısı ilə dünyanın ekonomik olaraq ən güclüləri, yerli istehsalı ən çox olan dövlətləridir. Məhz bu səbəbdəndir ki, inkişafda olan ölkələr son zamanlarda yerli istehsalın təşviqinə və istifadəsinə xüsusi önəm verir. Bu məqaləmizdə lokanik olaraq yerli istehsalın əhəmiyyətini Yaponiya üzərindən dəyərləndirərək yaratdığı nəticələri Azərbaycan üçün model olmasını hədəfləyirik.

Yerli istehsal - International Monetary Fund

2019-cu il IMF (International Monetary Fund – Beynəlxalq Valyuta Fondu) nəticələrinə əsasən dünyanın ən böyük iqtisadiyyatına sahib olan ilk üç ölkəsi ardıcıl olaraq ABŞ, Çin və Yaponiya oldu. ABŞ kapitalizmin paytaxtı olaraq ötən əsrdən etibarən bu sahədəki liderliyini davam etdirir. Çin isə 2008-ci il ABŞ mərkəzli Mortgage ekonomik krizisindən sonra “parıldayan ulduz” olaraq diqqətləri üzərinə çəkmişdir. Özəlliklə son zamanlarda sabiq Trump hökümətinin iqtisadi sanksiya cəhdləri Çinin nə dərəcədə inkişaf etdiyini bariz şəkildə ortaya qoymuşdur. Yaponiya isə  model dövlət olaraq məqaləmizin əsas predimetini təşkil edəcəkdir.

Hiroşima və Naqasaki atom bombası

Niyə Yaponiya modeli?

Yaponiyanın Azərbaycan üçün model dövlət kimi qəbul edilməsinin bir çox məqbul səbəbi vardır:

  1. Yaponiya ilk üçlükdə yer alan ancaq həm ərazicə həm əhalicə ən kiçik dövlətdir.
  2. İlk üçlükdə yer alan dövlətlər arasındakı ən az təbii sərvətə malik olanıdır.
  3. İkinci Dünya Müharibəsindən məğlub  ayrılmışdır.
  4. Ən önəmli iki sənaye şəhəri (Hiroşima və Naqasaki) atom bombası ilə məhv edilmişdir.
  5. Türk dili ilə birlikdə Ural-Altay dil ailəsində yer alan Yapon dili, kökü etibarı ilə Azərbaycana ən yaxın dövlətdir (Elmdə yaponların, türklərlə uzaq qohum olduğunu göstərən əsaslı dəlillər vardır).

Yerli istehsal – Yapon Möcüzəsi

İqtisadiyyat Yapon dilində “keizai” sözü ilə ifadə edilir və “insanların əzablarını yüngülləşdirən elm” mənasını gəlir. Hər sahədə fərqlilikləri ilə seçilən yaponlar iqtisadiyyatın təsvirində də bir addım önə çıxıblar. Bu səbəbdəndir ki, II Dünya Müharibəsində (1945-ci ildə Yaponiya təslim olmuşdur) ağır məğlubiyyət alan Yaponiya imkansız sayılacaq qədər qısa zaman ərzində, cəmi 23 il sonra dünyanın ən böyük 2-ci iqtisadiyyatına çevrildi. Müharibədən sonra sənayesinin böyük qismini itirməsinə baxmayaraq Yaponiya sürətli inkişaf göstərdi.

Yerli istehsal Yapon möcüzəsi

Bu proses ekonomistlər tərəfindən möcüzə olaraq görülmüş və “Japan As Number One” (Bir Nömrə Yaponiya) devizinin ortaya çıxmasına səbəb olmuşdur. Bu inkişafın başlıca səbəbləri isə dövlət tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformlar və yapon xalqının əzmkarlığı idi. 1945-1951-ci illər arasında aparılan islahatlar, ölkənin iqtisadi strukturunu yenidən qurdu. Hərbi xərclər azaldılaraq bütünlüklə “İSTEHSAL” strategiyası qəbul edildi. Metallurgiya və kimya sənayesinə qoyulmuş investisiyalar qısa müddətdə həyata keçirilmiş və elektrik-elektronika mallarının istehsalında sürətli irəliləyiş əldə olunmuşdur.

   Beləliklə iqtisadçılar tərəfindən “Yapon Möcüsəsi” adlandırılan bu ekonomik inkişafın əsəs səbəbi ölkə sərmayəsinin yerli istehsala yönəldilməsidir. Bununla yanaşı yapon xalqının iradəsi də ən az dövlətin həyata keçirdiyi reformlar qədər önəmlidir.

Biz Nə Etməliyik?

Yerli istehsal

Son illərdə neftin qiymətinin dünya bazarında aşağı düşməsi qeyri-neft sektorunun önəmini bir daha ortaya çıxardı. Bundan dolayı iqtisadiyyatının böyük qismini neft sektoru tutan ölkəmiz, yerli istehsal baxımından yetərsiz qalmışdır. Bunun başlıca səbəbləri Azərbaycanın geosiyasi mövqeyi və müstəqillik yaşının 30 ildən çox olmamasıdır. Mövcud vəziyyətdə isə bizim üçün daha vacib olan səbəblər yox, çarələrdir. Ana başlıqları ilə müəyyənləşdirdiyimiz çarələr isə aşağıdakılardır:

  1. Yerli istehsala dövlət tərəfindən ciddi dəstək və təşviqin təmin edilməsi.
  2. Şüurlu istehlakçıların sayının artması.
  3. Yerli istehsalçıların keyfiyyət standartlarına maksimum cavab verməsi.
  4. Sonuncu və ən önəmlisi yuxarıdakı şərtlər ödənildiyi təqdirdə istehlakçıların da öz növbəsində yerli məhsulların istifadəsinə yönəlməsi.

Yapon nümunəsində göründüyü kimi yerli istehsal bir ölkənin həm bu günü həm gələcəyinə biləvasitə təsir edən önəmli məsuliyyətdir. Biz də “Caspian Cable Systems” ailəsi olaraq Azərbaycanın yerli istehsalında yer aldığımız üçün qürur duyuruq. Hədəfimiz Azərbaycan məhsullarının sərhədlərimiz xaricində tanınmasına öz töhfəmizi verməkdir.

Müəllif: Elnur Bədəlov

azAzerbaijani