Yapon alimlər beyində qorxunu yox edib cəsarəti artırmağın yolunu tapıblar.

Yaponiyalı alimlər FMRT (Funksional Maqnit Rezonans Tomoqrafiya) və süni intellekt texnologiyasını istifadə edərək qorxunu yox edib əvəzinə cəsarəti artırmağın bir yolunu kəşf ediblər. 60-dan çox insanın üzərində sınaqdan keçirilən yeni müalicə üsulunun psixi problemləri olan xəstələrin həyatında böyük dəyişikliklər yaratması gözlənilir.

Hər kəs istənilməyən qorxulardan, düşüncələrdən, fobiyalardan dərhal qurtulmaq istəyər. Yaponiyalı elm adamları elmi-fantastika filmlərində görə biləcəyimiz bu hadisəni real həyatda da bacarmağın mümkün ola biləcəyini göstərən bir araşdırma gerçəkləşdiriblər.

Tədqiqatçılar süni intellekt və FMRT texnologiyalarını istifadə edərək müəyyən qorxuları aradan qaldırmağın, hətta şəxsi tərcihləri dəyişdirməyin mümkün ola biləcəyini açıqlayıblar.  Hələlik başlanğıc mərhələsində olan bu tədqiqat elmi bir jurnalda dərc olunub.

Tədqiqat zamanı hər hansı bir fobiyası olan şəxsin beynində yaranan dalğalanmalar nəzarətə götürülür. Məsələn hörümçək fobiyası olan bir xəstənin beyni skan olunarkən, ona bir hörümçək şəkli göstərilir. Bu zaman beyində yaranan dalğalanmalar qeyd olunur.

Beyində bu cür bir dalğalanmanın şəkil göstərilmədiyi təqdirdə nə zaman ortaya çıxa biləcəyi təsbit edilir. Eyni dalğalanma müəyyən olunduğu anda həmin şəxs pul ilə mükafatlandırılır. Sadəcə fobiyalar deyil, özgüvən azlığı, məyusluq və ya digər qorxular da eyni yolla təsbit edilir və qorxuların yerini cəsarət almağa başlayır.

Araşdırmanın bu mərhələsində “pulu gördü, fobiyanı unutdu” deyə bilərsiniz. Əslində isə tədqiqatçıların etməyə çalışdığı qorxu elementini beyində tamamən yenidən kodlaşdırmaqdır. Hörümçək fobiyası olan bir insan bu müalicədən sonra, hörümçəyi beynində qorxulu bir varlıq kimi deyil, hədiyyə almaq ehtimalı olan gözəl bir şey olaraq görməyə başlayır.

Tədqiqatçıların açıqlamasına görə müalicə metodu yeni olduğundan hal-hazırda hər kəsin üzərində tətbiq ediləcək bir metod deyil.  Ancaq yaxın zamanlarda travma sonrası stress problemi və psixi narahatlıqları olan xəstələr üzərində çox yararlı bir müalicə metodu ola bilər.

azAzerbaijani