YANĞINA DAVAMLI KABELLƏR
Bu gün demək olar ki, hər sahədə istifadə etdiyimiz kabellər elektrik enerjisinin ötürülməsini təmin edir. Təhlükəsiz yaşayış sahələrinin yaradılmasında kabel istehsalında istifadə olunan izolyasiya materialları həyati vacib əhəmiyyət kəsb edir. Bu nöqtədə xalq arasında “yanmaz” kabel olaraq adlandırılan HFFR izolyasiya çeşidinin nə olduğu sualı ortaya çıxır.
Dezinfeksiya tətbiqindən elektrik lampalarına qədər bir çox sahədə istifadə olunan halogenlər kimyəvi reaksiyalara həssas olan qeyri-metallardır. Halogen tərkibli kabellər istiliyə məruz qaldıqda dəm qazı, karbon qazı və xlorid turşusu kimi zəhərli qazlar əmələ gətirir. Bu səbəbdən, halogen tərkibli materialdan istehsal olunan kabellərin, yanğın zamanı insan sağlamlığı üçün çox təhlükəli nəticələri vardır.
Yanmaz kabellərin, PVC izolyasiyalı naqillərdən fərqi
Yanmaz kabel olaraq adlanan HFFR izolyasiyalı naqillər, təhlükəli olmayan maddələrdən istehsal olunur. Bu tip kabellər yanğın zamanı PVC tərkibli məhsullardan fərqli olaraq çox tüstü və zərərli qazlar yaymamağı ilə fərqlənir. Eyni zamanda yanmaz kabellər istilik keçiriciliyini azaldaraq alovların yayılmasının qarşısını da alır.
- Alov gecikdirici xüsusiyyət – Alovu ötürməmək
- Yanğına davamlılıq xüsusiyyəti – Gec alışmaq
- Alovla təmas kəsildikdə naqilin yanmasının dayanması
- Yanarkən az və zəhərsiz tüstü xüsusiyyəti
- Həyati vacib sistemlərin uzun müddət çalışmasını təmin etmək
Şirkətimiz nəzdində NHXMH və N2XH (NHXMH bina daxilində quru yerlər üçün, N2XH bina xaricində nəm yerlər üçün nəzərdə tutulmuşdur) növləri olaraq istehsalını gerçəkləşdirdiyimiz bu növ izolyasiyalı kabellər PVC tərkibli naqillərdən çox təhlükəsizdir. Bundan dolayı halogensiz yanmaz kabellər hündür mərtəbəli binalarda, fabriklərdə, ticarət mərkəzlərində, kinoteatrlarda, təhsil müəssisələrində və insanların cəmləşdiyi xəstəxanalarda istifadə olunmaqdadır.