Vücudumuzun statik enerjisi.

Hər birimizin sıx-sıx yaşadığı cərəyanvurma hadisəsi nədir?

Gündəlik yaşantımızda insanlara ya da metal cisimlərə toxunduqda kiçik dərəcəli və qısa müddətli cərəyanvurma yaşayırıq. Bunun səbəbi nədir? Sağlamlığımız üçün təhlükəlidirmi? Bu məqaləmizdə sizlər üçün yuxarıdakı suallara cavab axtaracağıq.

Bədənimizdə var olan hər hüceyrə kiçik bir elektrik stansiyasıdır. Yəni onlar funksiyalarını yerinə yetirmək üçün öz daxillərində enerji istehsal (bir hüceyrədə təxminən 50mV) edirlər. Buna bağlı olaraq da vücudumuzda elektrik yükləri toplanır. Bədənimizin səthində toplanan bu yüklər keçirici bir cisimlə təmas etdikdə vücudumuzdan atılır. Bu keçiricilər torpaq, metal və bəzən də insan ola bilir.

Hüceyrələrimizin istehsal etdiyi və bədənimizdə toplanan enerji elmi dildə statik enerji adlandırılır. Bizə adi bir hal kimi gələn bu hadisə gündəlik motivasiyamıza təsir göstərdiyi kimi yerinə görə həyat üçün təhlükəli də ola bilər (partlayıcı, yanıcı materiallar və həssas elektronik cihazlar ilə işləyən insanların statik enerjiyə qarşı diqqətli olması lazımdır). Belə ki, üzərimizdə depolanmış elektrik yüklərinin miqdarı normadan artıq olduqda ruh düşkünlüyünə səbəb olur. Məsələn, tutqun hava şəraitində hər birimiz motivasiyamızın azaldığını hiss etmişik. Bunun səbəbi yağış yağmadan öncə havada elektrik yüklərinin miqdarının artmasıdır. Bu da öz növbəsində bədənimizdə statik enerjinin artmasına şərait yaradır.

Elektrik gərginliyi və stress arasında necə bir əlaqə var?

Elektrik enerjisində istifadə olunan gərginlik (Volt) və gündəlik həyatda istifadə olunan stress qavramları bir-biri ilə yaxından əlaqəlidir. Belə ki, stress bir insanın bədənində elektrik yükü miqdarının artması anlamına gəlir. Dolayısı ilə bədənimizdəki artıq yüklərdən qurtulmaq əksər hallarda bizi stressdən də xilas etmiş olacaq.

Vücudumzda artıq elektrik yüklərinin toplanmasını necə əngəlləyə bilərik?

  • Su ilə təmasın bütün halları (üzmək, yağışda islanmaq və.s) elektrik yüklərinin azalmasına vəsilə olur. Bu səbəbdəndir ki, su ilə gerçəkləşdirilən aktlar insan üzərində müsbət təsir yaradır.
  • Evimizdə və bayırda mümkün qədər ayaqyalın gəzməliyik. Bu zaman ayaqlarımız torpaq, beton ya da keramika ilə təmas edərək artıq yükləri bədənimizdən atacaqdır.
  • Mütəxəssislər mümkün qədər rezin ayaqqabı və sintetik materialdan hazırlanmış corablardan istifadə etməməyimizi məsləhət görür. Çünki bu materiallar ayaqlarımız və torpaq arasında izolyasiya qatı yaradır və elektrik yüklərinin bədənimizdə artmasına yol açır.
  • Yun materialından hazırlanmış paltarlardan mümkün qədər az istifadə etməliyik. Çünki yun da elektrik yüklərinin artmasına səbəb olan bir materialdır.
  • Evimizin hər yerini xalça ilə örtməkdən qaçınmalıyıq. Əksər hallarda yundan hazırlanan xalçalar bədənimizdə elektrik yüklərini artırdığı kimi ayağımızla yer arasında izolyasiya qatı yaradır.

Yuxarıda sadaladığımız müddəaları gerçəkləşdirdiyimiz təqdirdə, bədənimizdəki artıq elektrik yüklərindən qurtulmuş olacıq. Bu da öz növbəsində motivasiyamıza müsbət təsir edərək elektrostatik yüklənmədən qaynaqlanan cərəyanvurma hadisəsini aradan qaldıracaqdır.

“Caspian Cable Systems” ailəsi olaraq hər birinizə yüksək motivasiyalı, pozitiv və stressiz günlər diləyirik.

Müəllif: Elnur Bədəlov

azAzerbaijani