YANĞIN-SİQNALİZASİYA KABELLƏRİ
Yanğının aşkarlanması və xəbərdarlıq müddəti yanğının yayılmasını əngəlləmək qədər vacib bir parametrdir. Mütəxəssislər naqillərin yanğının yayılmasına vasitəçi olduğunu düşünür və bu səbəbdən son illərdə bina daxili istifadədə yanmaz kabellər tələb edirlər.
Bütün görülən tədbirlərə baxmayaraq, yanğın baş verərsə, yanğının tez bir zamanda söndürülməsi istənilir. Bu məqsədlə hazırlanmış elektron nəzarətli yanğın söndürmə sistemləri işçi qüvvəsinə ehtiyac olmadan yanğına qarşı etibarlı vasitə hesab olunur. Bu sistemlərdə bir çox elektron cihaz bir-birinə bağlanmaq məcburiyyətindədir. Yanğın-siqnalizasiya naqilləri bu önəmli işi icra edir. Bu sistemlər mümkün ola biləcək bir yanğını əvvəlcədən təyin edərək xəbərdarlıq hətta müdaxilə imkanı ilə təmin etməkdədir. Bundan dolayı yanğın sistemlərinin çalışmasını təmin edən zəif axım kabelləri həyati vacib əhəmiyyətə malikdir.
Yanğın zamanı ölümlərin çoxunun boğulma və zəhərlənmədən olduğu məlumumuzdur. Bundan dolayı Yanğın-siqnalizasiya naqillərində axtarılan əsas xüsusiyyətlərdən biri də alova qarşı dayanıqlı olması, alovun təsiri altında tüstü, zəhərli qaz çıxarmamaları yəni halogensiz olmalarıdır.
FE-180 tipli yanğın kabelləri – Texnologiyanın inkişafı kabel sənayesinə də təsirini göstərmiş və alova daha dayanıqlı olan FE180 tipli kabellərin ortaya çixmasına şərait yaratmışdır. Bu növ kabellər yanğın şəraitində 750 ° C istilikdə, 180 dəqiqəlik qoruma təmin etməkdədir. Kabelin adlandırılmasında istifadə olunan 180 rəqəmi onun alova dayanma müddətini göstərir. FE-180 kabellərin istifadə yerləri aşağıdakı kimidir-
– yanğın siqnalizasiya sistemlərində,
– yanğın zamanı işləməsi vacib olan cihazlarda (liftlərdə)
– insanların toplu şəkildə yaşadığı mühitlərdə – xəstəxanalar, iş mərkəzləri, məktəblər və s.