Image Alt

Koaksial kabellər

  /  Koaksial kabellər
KOAKSİAL KABELLƏR

Koaksial Kabel nədir?

Qısaca koaksial kabeli çox az siqnal itkisi ilə geniş diapazonda tezlikləri (video və ya səs tezlikləri) daşıya bilən örtülü bir naqil növü olaraq adlandırmaq mümkündür. Zəif axım kabelləri sinfinə daxil olan koaksial kabellər radio tezliklərinin daşınması üçün istifadə olunur. Elektrik kabelləri kimi koaksial kabellər də alternativ cərəyan daşıyır. Yəni kanaldakı axım bir ötürücünün mənbəyindən digər ötürücüyə hərəkət edir. Ancaq cərəyan saniyədə bir neçə dəfə istiqamət dəyişdirir.

Koaksial kabelin strukturu

22Struktur olaraq dörd bölmədən ibarət olan koaksial kabellərin iç hissəsində siqnal daşıyan mis xətt var və bu xətti PE (Polietilen) izolyasiyalı material əhatə edir. Bu izolyasiya materialının ətrafında, folqa  və onun üzərində torpaqlanmış hörgü var. Folqa və hörgünün təməl prinsipi kabeli elektromaqnetik təsirlərdən qorumaqdır.  Kabelin xaricində isə qoruyucu xarici örtük var və bu izolyasiya ümumi xətti qoruyur. Bu üzlükdə isə PVC materialından istifadə edilir. PVC-dən hazırlanmış xarici izolyasiya -40 ilə +80 Cº arasındakı ətraf mühit temperaturuna dayana bildiyi üçün koaksial kabellər çox davamlı naqillər sinifinə girir.

Burada çox vacib bir hissə var; koaksial kabelin hörgülü hissəsinin topraqlanmasıdır. Bu keçirici hörgünün topraqlanmasının əhəmiyyəti, elektromaqnit sahəsi yaradan mühitdəki cihazlardan təsirlənmədən siqnalın keçməsinə şərait yaratmasıdır. Digər tərəfdən koaksial kabellərin bu quruluşu öz qalınlığındakı digər kabellərlə müqayisədə daha elastik olmasını təmin edir, bu da təyinatı baxımından vacib bir xüsusiyyətdir.

Koaksial kabel elektrik siqnallarını bir nöqtədən digərinə daşımaq üçün istifadə olunur. Ümumi mənada istifadə yeri isə belədir.

  • TV və yayım
  • Video sistemləri
  • Ümumi və fərdi televiziya sistemləri
  • Peyk TV, Kabel TV, MATV, SATV, CTV kimi radio
  • Telefon rabitəsi

Caspian Cable Systems olaraq şirkətimizin nəzdində RG58, RG59, RG6 və RG11 koaksial kabelləri istehsal olunmaqdadır.

ru_RURussian