Image Alt

Alçaq gərginlikli elektrik kabelləri

  /  Alçaq gərginlikli elektrik kabelləri
ALÇAQ GƏRGİNLİKLİ KABELLƏR
alçaq gərginlikli elektrik kabelləri

Yaşayış yerlərimizdə istifadə etdiyimiz alçaq gərginlikli elektrik enerjisinin evlərimizə və iş yerlərimizə çatması üçün bəzi proseslərdən keçməsi lazımdır. İlk mərhələdə stansiyalarda istehsal olunan çox yüksək gərginlikli elektrik enerjisi (154kV-dan çox) şəhər girişlərindəki transformator məntəqələrinə çatdırılır. İkinci etapda isə enerji bu transformatorlarda yüksək gərginlikli elektrik enerjisinə (1kV-34kV) çevrilir. Sonuncu və üçüncü proses isə yüksək gərginlikli elektrik enerjisini yaşayış məntəqələrində yerləşdirilmiş fərqli özəlliklərə sahib transformatorlara ötürülməsidir. Burada alçaq gərginlikli elektrik enerjisi (0 – 1kV) əldə edilərək istifadəçilərə paylanmaqdadır.

Daha ətraflı məlumatı bu keçidə daxil olmaqla əldə edə bilərsiniz

Alçaq gərginlikli elektrik kabellərinin xüsusiyyətləri:

– Gərginlik: Alçaq, 0 – 1-kV-a qədər.

– İzolyasiya növü: Polivinil xlorid (PVC) və çapraz bağlanmış polietilen (XLPE).

– Kabel quruluşu: Dolğulu və ya dolğusuz. Polad zirehli və ya zirehsiz.

Əlavə olaraq müştərinin istəklərinə uyğun olaraq xüsusi dizayn edilmiş alçaq gərginlikli elektrik kabelləri-nin istehsalı da tərəfimizdən mümkündür.

Alçaq Gərginlikli Elektrik Kabelləri İstifadə Olunduğu Yerlər

Kabel şəbəkələrində, sənaye mərkəzlərində və bina elektrik qurğularında istifadə olunan bu növ kabellər şirkətimizin nəzdində  yüksək keyfiyyətdə istehsal olunmaqdadır. Alçaq gərginlikli kabellərin istifadə yerinə uyğun olaraq müxtəlif strukturlarda istehsal edilə bilər.

ru_RURussian