Keçmişdən günümüzə telekommunikasiya
İnsanlar var ola bilmək üçün “əlaqə qurmaq” məcburiyyətindədirlər. Rabitə isə fərqli metodlar istifadə edərək başqalarına məlumat ötürmə qabiliyyətidir. Keçmişdən bu günə insanlar ünsiyyət qurmaq üçün bir çox fərqli üsul, vasitə və texnologiya istifadə etmişdir. Bu fərqlilik insanların yaşadıqları çevrə şərtlərinə uyğun olaraq ortaya çıxmış və gündən-günə kökləri dərinləşmişdir.
Yazılı tarix öncəsi xəbərləşmə metodları
Tamtam
Yazılı tarix öncəsində, insanların ilk xəbərləşmə vasitəsi vurğulu çalğı olan “tamtam”-dır. Antik Misirlilər, Aşurlar və Uzaq Şərqlilər tərəfindən istifadə olunan “tamtam”, bəzi Afrika qəbilələrində hələ də istifadə olunmaqdadır. Qəbilələrarası əlaqəni təmin edən bu alət, şifrəli vuruşlar ilə xəbərləşməni mümkün qılmaqdadır.
Rəsm
Yazının icad edilmədiyi dövrdə “tamtam”-dan sonra gələn digər xəbərləşmə metodu rəsmdir. Daş dövrü zamanında yaşayan mağara insanları: odun kömürü, heyvan yağları kimi materiallarla rəsm çəkərək aralarında xəbərləşmə yaratmışdır. Bu rəsmlərdə ovlanma metodları və həyati təhlükə yaradan heyvanların rəsmləri üstünlük təşkil etməkdədir.
Duman
Yazılı tarix öncəsinin digər xəbərləşmə üsulu duman idi. Atəşin kəşf olunması ilə ortaya çıxan bu metod Amerikanın yerliləri tərəfindən daha çox istifadə edilmişdir. Qəbilələr, öz aralarında bəlirlədikləri şifrələr ilə atəşin üzərinə örtük tutaraq fərqli sıxlıqlarda duman göndərmişdir. Göndərilən dumanın sıxlığından verilmək istənilən mesaj analşılmışdır. Bu metod antik Çində, “Çin səddi” üzərində düşmən hücumuna qarşı siqnal olaraq istifadə edilmiş, bir keşikçi qülləsindən digərinə göndərilmişdir. Bu üsul ilə xəbər 2-3 saat ərzində 750km uzaqlığa çatdırıla bilirdi.
Yazılı tarix sonrası telekommunikasiya metodları
Ulaqlar və göyərçinlərlə xəbərləşmə
Yazının kəşf edilməsi (Şumerlər tərəfindən kəşf edilmişdir) ilə birlikdə xəbərləşmə üsulları da inkişaf göstərmiş, məktubla xəbərləşmə dövrəyə ulaqlar (at) və poçt göyərçinlərini daxil etmişdir. Bilinən tarixdə ulaqlar vasitəsi ilə xəbərləşmə ermızdan 3000 il əvvəl başlamış daha sonra poçt göyərçinləri istifadə olunmağa başlamışdır. Göyərçinlərin xəbərləşmə vasitəsi kimi istifadəsi antik Misirdə eramızdan əvvəl 1200-cü illərə təsadüf etməkdədir.
Telekommunikasiya vasitəsi – Qəzet
Yazının kəşfi öz növbəsində nəşriyyatın da yaranmasına vəsilə olmuş və digər xəbərləşmə vasitəsi olan qəzetlərin ortaya çıxmasına şərait yaratmışdır. Kağız üzərində dərc olunan ilk qəzet “Fürnemmen und gedenckwürdigen Historie”, 1605-ci ildə Johann Carolus tərəfindən çıxardılmışdır.
Telekommunikasiya vasitəsi – Teleqraf
İnsanlar və dünya inkişaf etdikcə yuxarıda adı çəkilən xəbərləşmə metodları yetərsiz qalmış və daha sürətli üsulların tapılmasına ehtiyac yaranmışdır. Elektrik axımları arasındakı siqnalların kəşf edilməsi 19-cu əsrin ilk yarısında xəbərləşmə sistemində inqilab yaratdı. Belə ki, bu dövrdən etibarən xəbərləşmə sistemində teleqraf dövrü başladı və xəbərləşmə sözü yerini telekommunikasiya termininə verdi. İlk və modern teleqraf, 1832-ci ildə ABŞ-da Samuel Morse tərəfindən ixtira edilmişdir.
Teleqraf vasitəsi ilə xəbərləşmədə spesifik əlifbaya ehtiyac yaranmış və sistemin ixtiraçısının adı ilə bağlı Mors əlifbası ortaya çıxmışdır. Dünyada ilk teleqraf xətti 1843-cü ildə Washington-Baltimore-Maryland arasında çəkilmişdir. Teleqraf xətti ilə göndərilən ilk mesaj “Tanrı nə edib?” sualı ilə Morse tərəfindən göndərilmişdir.
Teleqraf, günümüzdə istifadə etdiyimiz ən modern telekommunikasiya vasitələrinin (bilgisayar, internet, telefon və.s) əcdadıdır. Onun kəşfi günümüzdə istifadə etdiyimiz internet(ethernet), fiber optik və siqnal kabellərinin yaranmasına biləvasitə ilham vermişdir. Bundan dolayı bu məqaləmizi 2 hissəli olaraq yazmağa qərar verdik. Bu bölümdə sadəcə telekommunikasiya dövrünün necə? Və hansı ardıcıllıqla yaranmasını, buna nəyin səbəb olduğunu tarixi prizmadan qısa şəkildə izah etməyə çalışdıq. Məqalənin ikinci hissəsində isə modern telekommunikasiya vasitələrinin necə və kimlər tərəfindən yaranmasını detallı bir şəkildə incələyəcik.
Müəllif: Elnur Bədəlov