Kabellərin növləri, qrupları və sinifləri
Kabellərin növləri, qrupları və siniflərinə görə təsnifatı mümkündür. Bu yazımızda kabellərin növləri haqqında sizdə ümumi fikir yaratmağa çalışacağıq.
Kabel elektrik axımı çatdırılmasında istifadə edilən, üzəri qoruyucu izolyasiya ilə bağlanmış metal ötürücüdən ibarət sistemdir. Bu sistemin iş prinsipini ən sadə yolla izah etsək, insan bədənində yer alan damarları örnək göstərmək tam uyğun olacaqdır. Belə ki, orqanlarımız üçün qan və damar nədirsə, elektrik sistemləri üçün elektrik axımı və kabel odur. Tam da bu səbəbdən kabel seçimi edilərkən məhsulun keyfiyyətinə və bu keyfiyyətin sənədləştirilmiş halı olan sertifikatlara xüsusi önəm verilməlidir.
KABELLƏRİN NÖVLƏRİ
Günümüzdə kabellər ümumi mənada 3 fərqli kategoriyada sinifləndirilir.
1-Alçaq gərginlikli (zəif axım) kabellər (0-1Kv)
2-Orta gərginlikli Kabellər (1kV-35kV)
3-Yüksək gərginlikli kabellər (35kV-154kV)
ALÇAQ GƏRGİNLİKİ KABELLƏR
Gərginlik ya da digər adı ilə Volt(V) bir ötürücünün iki ucu arasındakı potensial fərqdir. 0 və 1000V arası gərginlik isə alçaq gərginlikli axım sayılır. Bu sinfə aid olan kabellər yaxın məsafələrə elektrik axımı göndərmək üçün yararlıdır. Uzun məsafələrə göndərildikdə isə istənilən keyfiyyəti (güc zəifləməsi və elektrik itkiləri) əldə etmək mümkünsüz olur. Bu sinif kabellərə misal olaraq koaksial (siqnal) kabellər, video müşahidə kabelləri, yanğın kabelləri, data-lan kabelləri göstərilə bilər.
ORTA GƏRGİNLİKLİ KABELLƏR
Bu sinfin gərginliyi 1000 Volt və 35 000 Volt arasında dəyişir. Bu kabellər yüksək və zəif gərginlikli şəbəkələr arasında bağlantı yaratmaq üçün istifadə edilir. Yüksək gərginlikli şəbəkələrin birbaşa abonentlərə paylanılması izolyasiya və təhlükəsizlik baxımından uyğun deyil. Bu səbəbdən yüksək gərginlik uyğun dəyərlərə endirilərək orta gərginlikli şəbəkələrə bağlanılır.
Bu sinif kabellər kiçik şəhərlər və sənaye bölgələrinə elektrik enerjisinin daşınmasında istifadə edilir və şəhərin girişindəki paylayıcı transformatorlara bağlanılır. Oradan da abonentlərə paylanılır.
YÜKSƏK GƏRGİNLİKLİ KABELLƏR
Yüksək gərginlikli kabellərin əsas özəlliyi su keçirməz olması və 35 KV-dan yuxarı olan elektrik enerjisini ötürməkdən ibarətdir. Bu tip şəbəkələr böyük şəhərlər və sənaye sahələrinə yüksək elektrik axımı daşımaq funksiyasına sahibdir. Bununla yanaşı yeraltında və havada istifadə olunur.
Yalnız unutmaq olmaz ki, kabellər istifadə olunduğu yerdən asılı olaraq bir çox qrup və kateqoriyalara ayrıla bilər.
Gündəlik yaşantımızda bizim gördüyümüz və biləvasitə istifadə etdiyimiz kabel növləri, alçaq gərginlikli(0-1kV) kabel sinfinə aiddir. Bundan dolayı məqaləmizin geri qalanı bu kateqoriya üzərinə köklənmişdir.
KABELLƏRİN SİNİFLƏNDİRİLMƏSİ
Kabellər 3 şəkildə sinifləndirilməkdədir:
- İstifadə məqsədinə görə
- İstifadə edildiyi yerə görə
- İzolyasiya səviyyəsinə görə
İSTİFADƏ MƏQSƏDİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ
- İdarəetmə(uzaqdan) kabelləri
- Cihaz kabelləri
- Siqnal nəzarət kabelləri
- Rabitə kabelləri
- Koaksial kabellər
- Data-lan kabelləri
- Səs sistemi kabelləri
- Kompozit kabellər
- Yanğına davamlı kabellər
- Enerji kabelləri
İSTİFADƏ YERİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ
- İnsanların yaşayış sahələri (iqamətgahlar, ofislər, məktəblər, xəstəxanalar, ticarət mərkəzləri)
- Fabriklər, emalatxanalar kimi istehsal bölmələri
- Proses tipli məhsul istehsal edən sənaye müəssisələri (rafineri, kimya zavodları, elektrik stansiyaları, sement fabrikləri)
- Dəmir yolu tətbiqetmələri
- Mədən proqramları
- Aviasiya tətbiqetmələri
- Gəmi və dəniz proqramları
- Telekommunikasiya tətbiqləri
İZOLYASİYA SƏVİYYƏSİNƏ GÖRƏ SİNİFLƏNDİRMƏ
- <100/100 V. Rabitə, məlumat və cihaz kabelləri
- ≥100 / 100 V. Cihaz kabelləri
- 300/300 V. Siqnal idarəetmə və cihaz kabelləri
- 300/500 V. Siqnal idarəetmə, cihaz və quraşdırma kabelləri
- 450/750 V. Aşağı gərginlikli enerji və nəzarət kabelləri
- 600/1000 V. Aşağı gərginlikli güc və quraşdırma kabelləri
KABEL İZOLYASİYA MATERİALINA GÖRƏ KABELLƏRİN NÖVLƏRİ
Kabelin izolyasiya materialı onları fərqləndirməmizdə rol oynayan əsas faktorlardan biridir. Burada diqqət edilməsi lazım kriteryalar aşağıdakılardır:
- İstilik müqaviməti(kabel işləmə tempraturu)
- Yanma özəlliyi(alov gecikdirici)
- Elastiklik
- Xarici ya da daxili istifadə
- Yağlara və kimyəvi maddələrə qarşı müqavimət
- Gəmirici həşəratlara qarşı müqavimət
Burada kabellər bina içi və çölündə istifadəsinə görə seçilir.
Yekun olaraq bildirmək lazımdır ki, kabellərin növləri, çeşidləri bir çox faktora görə də fərqləndirilə bilər. Misal olaraq, mis və alüminium olaraq, yeraltı və yerüstü olaraq, suvaq altı və ya suvaq üstü və.s.
Müəllif: Elnur Bədəlov