Kabeldə izolyasiya materiallarının önəmi.
Əvvəlki məqalələrimizdə (kabellərin növləri və qrupları məqaləsi) kabellərin müxtəlif faktorlara görə fərqli qruplara bölündüyündən bəhs etmişdik. Bunlardan biri də izolyasiyanın müxtəlif çeşidləridir. Bu məqaləmizin əsas predimenti ən çox istifadə olunan (PVX və HFFR) izolyasiya materiallarının zəif və üstün cəhətlərini istehlakçılarımızın nəzərinə çatdırmaqdır.
İzolyasiya nədir?
İzolyasiya, keçirici tellərin bir -biri ilə təmas etməməsi, qısa dövrələrin qarşısını almaq və kabelləri xarici faktorlardan qorumaq üçün istifadə olunan materialdır. Kabellərdə izolyasiya polivinil xlorid (PVC və ya PVX), xalq arasında “yanmaz” adlandırılan HFFR, rezin, silikon, polietilen (PE) və.s kimi materiallardan hazırlana bilir. İzolyasiyanın növü və onun xüsusiyyətləri kabelin keyfiyyətinə təsir göstərən ən önəmli faktorlarından biridir.
PVC və ya PVX (Polivinil xlorid)
İlk dəfə 19-cu əsrin sonlarında Nikola Tesla tərəfindən (kabelin tarixi məqaləsində bu haqda danışmışıq) istifadə olunan bu material, ən çox yayılmış izoliyasiya növüdür. PVX-nın geniş istifadə sahəsinə malik olması onun ucuz və dayanıqlı olmasından qaynaqlanmaqdadır. Ucuz və dayanıqlı olması bu materialın üstün tərəfi olsa da tərkibində olan Xlor (Cl) elementi bu üstünlüyü aradan qaldırır. Kimyada halogenlər sinifinə daxil olan xlor elementi, alov ilə təmasa girdikdə insan həyatı üçün ciddi zərərlər verə bilir. Belə ki, PVX yandıqda sıx və qara duman buraxaraq ətrafa zəhərli xlor qazı yayır. Bununla birlikdə xlor elementi yanıcı özəlliyə sahib olduğu üçün alovun yayılmasına və şiddətlənməsinə kömək edir. Məhz PVX-nın bu xüsusiyyəti onun son zamanlarda daha az istifadə edilməsinə səbəb olmuşdur. Artıq ev, məktəb, ofis, otel və ticarət mərkəzi kimi insanların sıx olduğu binalarda PVX yerinə xalq arasında “yanmaz kabel” dediyimiz HFFR istifadə olunur.
HFFR (Hallogen Free Flame Reterdant)
İngilis dilindən tərcüməsi “Halogensiz, Alov Ötürməyən” olan bu izolyasiya materialı Azərbaycanda xalq arasında “Yanmaz Kabel” olaraq bilinməkdədir. Ancaq bu adlandırma tamamilə yalnışdır çünki yanmayan izolyasiya materialı ümumiyyətlə yoxdur və ya hələ kəşf olunmayıb. Bu izolyasiya materialının PVX-dan ən böyük fərqi tərkibindəki halogenlərdən yoxsun olmasıdır. Halogenlərdən azad olması bu materialı PVX-nın sahib olduğu bütün mənfi özəlliklərdən təmizləyir. Belə ki, alov ilə təmas zamanı ətrafa zəhərli qazların buraxılmaması ilə yanaşı sıx və qara duman təhlükəsi də aradan qaldırılmış olur. Bununla yanaşı HFFR materialı alışma xüsusiyyətinə malik deyil. Yəni, PVX-dan əsas fərqi alov ilə təması kəsildikdən qısa zaman sonra sönməsidir. PVX isə alışdığı zaman artan şiddətlə yanmağa davam edir. HFFR və ya xalq dilində “yanmaz kabel” deyilən bu plastikat yuxarıda sadaladığımız xüsusiyyətləri sayəsində son zamanlarda ciddi tələbat olunan izolyasiya materialına çevrilmişdir.
Məqaləmizin yekununda “Caspian Cable Systems” ailəsi olaraq biz də vətəndaşlarımıza PVC yox HFFR materialından izolyasiya olunmuş kabelləri şiddətlə tövsiyyə edirik.
Müəllif: Elnur Bədəlov