Kabel nədir? Kabelin yaranma tarixi.
Kabel gündəlik yaşantımızda, evdə, ofisdə, restoranda hətta maşında belə qarşımıza çıxaraq hər birimizin diqqətini çəkir. Bir çoxlarımızda isə onu kim, necə və hansı zərurətdən yaranması kimi suallar ortaya çıxmışdır. “Caspian Cable Systems” olaraq istehsalı ilə məşğul olduğumuz bu məhsulun tarixi inkişaf prosesini qısa şəkildə sizlərlə bölüşmək istəyirik. Məqsədimiz Azərbaycanda “şüurlu istehlakçı” sayısının artmasına qatqı verməkdir.
KABEL NƏDİR?
Ən sadə dildə kabel, üzəri izolyasiya edilmiş metal ötürücüdən ibarət olan və iki cihazı elektriksəl olaraq bir-birinə bağlayan mexanizmdir. Kabellər elektrik sistemləri üçün bədənimizdəki damarlar kimi çox vacib əhəmiyyətə sahibdir. Damarların qan daşımasına bənzər olaraq kabellər də, elektrik sistemlərinin çalışması üçün enerji daşınmasını təmin edir. Kabellər zaman içərisində texnologiyanın inkişafından öz nəsibini almış və inkişaf göstərmiştir. Bu gün kiçik mobil cihazlardan başlayaraq, yüksək elektrik ehtiyacı olan sahələrə qədər elektrik daşınmasını təmin etməkdədir. İlk yarandığı zamanlar elektrik daşımaq üçün nəzərdə tutulsalar da, zaman içərisində yeni icadlarla birlikdə “Data və Xəbərləşmə” sahələrində də istifadə olunmağa başlanmışdır.
KABELİN YARANMA TARİXİ
Kabellərin inkişafı yaşadığımız 21-ci əsr içərisində fərqli bir sferaya keçsə də, yaranma tarixi 19-cu əsrə dayanmaqdadır. Məntiqsəl olaraq istifadə prinsipi yarandığı gündən etibarən eyni qalsa da, görünüş baxımından böyük dəyişim prosesi keçirən kabellərin, ortaya çıxmasına səbəb olan insan İngilis alimi Maykl Faradaydır. O, 1831-ci ildə “Dinamo”-nu yəni “Elektromaqnit İnduksiyası”-nı kəşf edərək ilk dəfə elektrik cərəyanını əldə edən şəxs kimi tarixə keçdi. Onun maqnit hərəkəti ilə mexaniki enerjini, elektrik enerjisinə çevirdiyi cihaz yəni “Dinamo” günümüzdəki elektrik generatorlarının da əcdadı sayılır.
Elektrik cərəyanının kəşfi bu cərəyanı fərqli nöqtələrə ötürmək zərurətini də özü ilə birlikdə gətirdi. 19-cu əsrin ortalarında bu enerjini ötürmək və ya paylamaq üçün mis çubuqlardan istifadə olunurdu. Bu proses 1882-ci ilə qədər, hamımızın ad olaraq yaxından tanıdığı Tomas Edisonun ilk izolyasiyalı elektrik kabelini yaratmasına qədər davam etmişdir. O, ilk dəfə izolyasiya materialı olaraq Corchorus Capsularis bitkisindən əldə edilən “Jute” istifadə etmişdir.
Plastik izolyasiyalı kabel isə ilk dəfə Nikola Tesla tərəfindən Niaqara Şəlaləsi su elektrik stansiyasının proyektində istifadə olunmuşdur. Plastik izolyasiyalı bu kabel ilə 11 000V elektik daşınmışdır. Bu hadisə isə öz növbəsində fərqli izoliyasiya materialı istifadə olunaraq kabellərin çeşidləndirilməsi və sinifləndirilməsinə zəmin yaratmışdır.
Bu yazımızda kabelin tarixi inkişaf prosesini qısa şəkildə sizlərlə bölüşdük. Bundan sonrakı məqalələrimizdə də sizlərə tikinti prosesi və gündəlik həyatda fayda verəcək bilgilər paylaşacağıq. Araşdırmağımızı istədiyiniz və sektorla əlaqəli mövzuları elektron poçt ünvanımıza yaza bilərsiniz.
Müəllif: Elnur Bədəlov