Hindistan hökuməti kriptovalyutaları qadağan etməyi planlaşdırır

Hindistan mövcud kriptovalyutaları qadağan edən növbəti ölkə ola bilər. TechCrunh-ın verdiyi məlumata əsasən, Hindistan parlamenti Bitcoin kimi məşhur olanlar da daxil olmaqla, ölkədəki bütün özəl kriptovalyutaları qadağan edəcək qanun layihəsi qəbul etmək planlarını açıqlayıb.

Hindistan qadağan edəcəyi kriptovalyutaların ardından, Hindistan Mərkəzi Bankının vasitəçiliyi ilə rəsmi digital pul vahidi yaratmağı planlaşdırır.

Eyni zamanda rəsmi bir qadağanın gəlməsinin uzun illər alacağı ehtimal olunur. Belə ki, Hindistan 2018-ci ildə kriptovalyutalardan qanuni olaraq imtina etmiş və mövcud digital pul imtinası qaydalarını pozanlar üçün 10 ilə qədər həbs cəzası tələb etmişdi.

Ölkənin Mərkəzi Bankı isə pul vahidinin fiziksəl qarşılığı olmadığı və damğalanmadığı üçün gerçək olmadığını müdafiə etdi. Ali Məhkəmə isə etirazçıların tərəfini tutdu və 2020-də ticarətə yenidən icazə verdi. Lakin təbii ki, bu icazənin qalıcı təsirinin olması gözlənilmirdi.

Kriptovalyutalar içərisində haqqında ən çox danışılan Bitcoin (BTC) mövcud maliyyə durumlarına təhdid hesab olunduğu üçün bəzi ölkələr tərəfindən daha öncə qadağan edilmişdir. Bu ölkələr aşağıdakılardır:

  • Əfqanıstan
  • Pakistan
  • Əlcəzair
  • Boliviya
  • Banqladeş
  • Makedoniya
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • Vyetnam

Qadağalara və məhdudiyyətlərə baxmayaraq, bu qaydaların Bitcoin və digər kriptovalyutaları əməliyyatlarını və istifadəsini ortadan qaldırmadığını unutmayın. Mərkəzi olmayan kripto pul vahidlərinin təbiəti etibarilə, onları qadağan etmək imkansızdır.

azAzerbaijani