ETHERNET (İNTERNET) KABELLƏRİ
21-ci əsrin “internet əsri” olmasından dolayı internet kabelləri xüsusi əhəmiyyətə malikdir. Struktur və prinsip etibarı ilə tamamilə fərqlənən bu kabellərə beynəlxalq dildə Ethernet deyilməkdədir. Mikro saniyələr ərzində istənilən nöqtəyə iri həcmli data transferini mümkün edə bilən bu naqillər fərqli struktura malikdir. Azərbaycanda istehsalını sadəcə “Caspian Cable Systems”-in gerçəkləşdirə bildiyi Ethernet, effektiv ünsiyyətin ana faktorlarından biridir.
Ethernetin prinsipi
Bilgisayarlar arasında məlumat mübadiləsi onları birləşdirən ethernet vasitəsilə həyata keçirilir. Sürətli və keyfiyyətli rabitə üçün bu kabellərin tanınması və təyinatı üzrə düzgün seçilməsi lazımdır. Görünüş etibarı ilə elektrik naqillərinə bənzəsə də prinsip etibarı ilə Ethernet tamamilə fərqlənir. Hər biri fərqli rəngdə (qəhvəyi-yaşıl-narıncı-mavi) 4 cüt damardan ibarət olan internet kabelləri elektrik enerjisi yox elektrik siqnalı daşıyır. Damarlarda siqnalın daşınmasından dolayı xəttə parazitlənmə (xəttə keyfiyyətin zəifləməsi, “xışıltıların” eşidilməsi) yarana bilir. Bunun qarşısının alan ən təməl metod kabelin daxilindəki 4 cüt damarın bükülməsidir. Bu metodu kəşf edən alim telefonun ixtiraçısı Graham Belldir (Hər iki növ naqil elektrik işarələri daşımasından dolayı prinsip olaraq eynidir). Fərqli sıxlıqlara sahib olan damarlar frekansların qarışmamasına şərait yaradır.
Ethernetin növləri
2021-ci il etibarı ilə ən çox istifadə olunan Ethernet növləri CAT5, CAT6 və CAT7 kateqoriyalı naqillərdir. Bu növlər isə öz daxilində UTP, FTP və SFTP olmaqla 3 yerə bölünür. Bu mövzu haqqında xxxx məqaləmizdə geniş izah vermişik.