Caspian Cable Systems ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Caspian Cable Systems ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Müqaviləni ATU rektoru Vilayət Vəliyev və Caspian Cable MMC-nin icraçı direktoru Elnur Bədəlov imzalayıblar.

İmzalanmış memoranduma əsasən universitetin energetika, elektronika və avtomatika fakultəsinin bakalavr və magistr pilləsinin tələbələri Caspian Cable şirkətində istehsalat təcrübəsinə cəlb olunacaqlar. Həmçinin birgə elmi-tədqiqat laboratoriyalarının və layihə konstruksiya bürolarının yaradılması nəzərdə tutulur.

Bundan əlavə memorandumda seçilmiş tələbələrin elmi-tədqiqat və layihləndirmə işlərinə cəlb olunması, diplom və elmi işlər üçün tələb olunan mövzuların birgə tərtibi, fərqləndirilən tələbələrə təqaüd və mükafatların verilməsi də əks olunub.