190 min dollarlıq Apple iPad Pro (Şəkillər)

Rusiyanın lyuks məhsullar istehsalçısı Caviar 190 min dollar (323 min manat) dəyərində iPad Pro-nu təqdim edib. Cihazda təxmini 1 kq qızıl istifadə olunub.

iPad Pro-nun arxasında qızıldan bir alma ağacı naxışı mövcuddu qazr. Həmçinin Apple şirkətinin indiki CEO-su Tim Cook və şirkətin qurucusu Steve Jobs-un sözləri qızılın üzərində həkk olunub. Məhsulun sadəcə bir ədəd istehsal edildiyi bildirilib.

Cihazda bir kiloqram qızıldan əlavə 81 ədəd almaz da istifadə olunub.

Şirkət həmçinin iPhone bəzəkləri də hazırlayır. Bu məhsulların qiyməti isə 8 min dollara qədər qalxa bilir.

azAzerbaijani